"Football-plus.az" xəbər verir ki, ukraynalı və britaniyalı döyüşçülər gələn il fevralın 17-də üz-üzə gələcək.
Əslində bu döyüşün bu il dekabrın 23-də keçirilməsi nəzərdə tutulurdu. Ancaq Frensis Nqannu üzərində qələbədən sonra Fürinin komandası bəyan etdi ki, o, ilin son ayında oktaqona çıxmağa hazır deyil. Nqannunu oktyabrın 28-də məğlub edən Fürinin hesabında 34 qələbə (24-ü nokautla), 1 heç-heçə və 1 məğlubiyyət var. Usik isə peşəkar rinqdə keçirdiyi 24 döyüşün hamısından (14-də vaxtından əvvəl) qalib ayrılıb.
Qarışıq döyüş növləri ilə bağlı başqa maraqlı xəbərlər var. İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor növbəti dəfə sabiq çempion Həbib Nurməhəmmədov haqda danışıb:
“Seçim imkanım olsaydı, Həbiblə əvəxçıxma döyüşü keçirərdim. O, qarışıq döyüş növlərinin ən böyük qorxağıdı”.
Xatırladaq ki, Nurməhəmmədovla Makqreqor arasında 2018-ci il oktyabrın 6-da keçirilən sonuncu döyüşdə dağıstanlı qalib gəlib.
Bu arada UFC rəhbəri Dana Uayt onu ABŞ-ın sabiq prezidenti Donald Trampa dəstək məqsədi ilə yazdığı paylaşımı silməyə cəhd edənlərdən danışıb:
“Sosial şəbəkədəki səhifəmdə Trampı dəstəkləyən video yaymışdım. Nəhəng sponsorlarımızdan biri mənə telefon açaraq dedi ki, sil onu. Bilirsizmi, ona necə cavab verdim? “Rədd ol cəhənnəmə, kimə istəyirsənsə, ona də səs ver, mən isə istədiyimə səs verəcəm”.
Xatırladaq ki, Tramp ABŞ-ın 45-ci prezidenti olub, 2017-21-ci illər aralığında bu vəzifəni daşıyıb.






