• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AÇ-2024: seçmə turnirdən son 12 vəsiqənin sahibləri hansı komandalar olacaq? - YENİLƏNİR

AÇ / Manşet

16-11-2023, 15:0

Avropada noyabrın 15-də keçirilən İsrail – İsveçrə matçından başlayaraq beynəlxalq səviyyəli rəsmi oyunların həyəcanı yaşanacaq.

"Football-plus.az" xəbər verir ki, AÇ-2024-ün seçmə turnirində qrup mərhələsinin həlledici 9-10-cu turlarının oyunları keçiriləcək. 7 gün ərzində 47 matç oynanılacaq. Bununla da seçmə turnirdən qitə çempionatının final mərhələsinə ayrılan son 12 vəsiqənin sahibləri müəyyənləşəcək.

Reqlament
Final mərhələsi gələn il Almaniyada təşkil ediləcək qitə çempionatının reqlamentini xatırladaq. Təşkilatçı ölkənin komandası seçmə mərhələdə iştirak etmədən final turnirinə vəsiqə ilə təmin olunub. Ukraynaya hərbi müdaxiləsi davam edən Rusiyanın milli komandasına beynəlxalq futbol təşkilatlarının verdiyi sanksiya hələ də qüvvədə qalır. UEFA-ya daxil olan qalan 54 ölkədən 53-ü təsnifat oyunlarında təmsil olunur. İştirakçılar 7 qrupda 5, 3 qrupda isə 6 komanda olmaqla ümumilikdə 10 seçmə qrupda ikidövrəli sistemlə mübarizə aparırlar. Bu mübarizənin sonunda qruplarda ilk iki yeri tutacaq 20 yığma AÇ-2024-də iştirak hüququ qazanacaq. Final turnirinə ayrılan qalan 3 vəsiqənin sahibi isə Millətlər Liqasının (ML) 2022/23 mövsümünün ötən ilin iyun və sentyabr aylarında baş tutan qrup mərhələsinin yekunlarına əsasən formalaşacaq pley-off oyunlarından sonra müəyyənləşəcək. Xatırladaq ki, Xorvatiya, İspaniya, İtaliya, Niderland, Şotlandiya, İsrail, Bosniya və Hersoqovina, Serbiya, Türkiyə, Yunanıstan, Qazaxıstan və Gürcüstan yığmaları qrup liderləri kimi pley-offda iştirakını təmin etmişdilər. Reqlamentə əsasən bu komandalar AÇ-2024-ün seçmə turnirində qrupda ilk iki yerdən birini tutacağı halda pley-offdan azad olacaqdılar. Artıq 8 yığma – İspaniya, Şotlandiya, Fransa, İngiltərə, Türkiyə, Belçika, Avstriya və Portuqaliya seçmə turnirdən qitə birinciliyinə vəsiqə qazanıb. Onları pley-offda ML-in qruplarında 2-ci yeri tutan komandalar əvəzləyəcəklər. Pley-off oyunları 2024-cü ilin martına təyin olunub.

Bu yerdə artıq ML-in 2022/23 mövsümünün qalibinin məlum olduğunu da xatırladaq. Bu yay baş tutan final mərhələsində A liqasında 1-ci yeri tutan Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları iştirak ediblər. Niderlandda keçirilən final turniri qolsuz başa çatan həlledici oyunda Xorvatiyanı penalti seriyasında məğlub edən (5:4) İspaniyanın qələbəsi ilə nəticələnib. 3-cü yer uğrunda matçda meydan sahiblərinə 3:2 hesabı ilə qalib gələn İtaliya isə bürünc mükafatçı olub.

Kimin şansı nə qədərdi?
Qitə çempionatının seçmə turnirinin arxada qalan oyunlarından sonra yalnız iki komanda maksimum nəticə göstərib. B qrupunda Fransa, J qrupunda isə Portuqaliya yığması keçirdiyi bütün oyunlarda maksimum xal toplayıb. Hələ ki xalsız qalan komandaların sayı isə 5-ə bərabərdi. A qrupunda Cənubi Kipr, B qrupunda Cəbəllütariq, C qrupunda Malta, H qrupunda San Marino, J qrupunda isə Lixtenşteyn yığması keçirdiyi bütün oyunlarda məğlub olub. 9-cu tur ərəfəsində qruplarda mövcud vəziyyətə nəzər salaraq komandaların qitə çempionatına birbaşa vəsiqə qazanmaq perspektivinə aydınlıq gətirək.

AÇ-2024-ün SEÇMƏ TURNİRİ
qrup mərhələsi, 9-10-cu turlar
A qrupu

16 noyabr: Cənubi Kipr – İspaniya, Gürcüstan - Şotlandiya.
19 noyabr: İspaniya – Gürcüstan, Şotlandiya - Norveç.
Son oyunlar qrupda heç nəyi dəyişməyəcək. Ona görə ki, İspaniya və Şotlandiya yığmaları AÇ-2024-də oynamaq hüququ qazanıblar.

1. İspaniya 6 5 0 1 19-3 15
2. Şotlandiya 6 5 0 1 12-3 15
3. Norveç 7 3 1 3 11-9 10
4. Gürcüstan 6 2 1 3 9-13 7
5. Cənubi Kipr 7 0 0 7 2-25 0

B qrupu
18 noyabr: Fransa - Cəbəllütariq, Niderland - İrlandiya.
21 noyabr: Cəbəllütariq – Niderland, Yunanıstan - Fransa.
Fransa qitə çempionatında oynamaq hüququ qazanıb. Niderland İrlandiya üzərində qələbə qazanacağı halda final mərhələsinə yollanacaq. Nəticədə “narıncılar”dan şəxsi oyunlarda (0:3, 0:1) geri qalacaq Yunanıstan seçmə turnirdə 2-ci yeri tutmaq şansını itirəcək. Yunanların ümidi pley-off oyunlarında uğur qazanamağa qalacaq. Bu qrupda İrlandiya ilə 6 oyunda xal qazanmayan və qol da vurmayan Cəbəllütariq bütün şanslarını itiriblər.

1. Fransa 6 6 0 0 13-1 18
2. Niderland 6 4 0 2 10-7 12
3. Yunanıstan 7 4 0 3 12-6 12
4. İrlandiya 7 2 0 5 9-9 6
5. Cəbəllütariq 6 0 0 6 0-21 0

C qrupu
17 noyabr: İtaliya - Şimali Makedoniya, İngiltərə - Malta.
20 noyabr: Şimali Makedoniya - İngiltərə, Ukrayna - İtaliya.
İngiltərə final turnirində iştirakını təmin edib. Şimali Makedoniyaya qalib gələcəyi halda İtaliyanı son oyunda Ukraynaya uduzmamaq da sərf edəcək. İtalyanlar makedoniyalıları məğlub edə bilməyəcəyi təqdirdə ukraynalılara son turda apenninlilərə məğlub olmamaq kifayət edəcək. Şimali Makedoniya və Malta artıq qitə çempionatında oynamaq şansını itirib.

1. İngiltərə 6 5 1 0 19-3 16
2. Ukrayna 7 4 1 2 11-8 13
3. İtaliya 6 3 1 2 11-7 10
4. Şimali Makedoniya 6 2 1 3 7-14 7
5. Malta 7 0 0 7 2-18 0

D qrupu
18 noyabr: Latviya – Xorvatiya, Ermənistan - Uels.
21 noyabr: Uels - Türkiyə, Xorvatiya - Ermənistan.
Türkiyə final turnirində iştirakını təmin edib. Uels Ermənistanı məğlub edəcəyi və Xorvatiya Latviyaya uduzacağı halda britaniyalılar AÇ-2024-də oynayacaqlar. Uels şəxsi oyunlarda (1:1, 2:1) Xorvatiyadan üstündü. Xorvatiya ilk iki yeri tuta bilməyəcəyi halda ümidini pley-off oyunlarına bağlayacaq. Ermənistan Uelsə uduzacağı və ya evdə britaniyalılarla heç-heçə edəcəyi və Xorvatiya Latviyadan 3 xal alacağı halda bədnam qonşularımız şansını itirəcəklər. Latviya artıq qitə birinciliyində oynamaq şansını əldən verib.

1. Türkiyə 7 5 1 1 13-6 16
2. Uels 6 3 1 2 8-8 10
3. Xorvatiya 6 3 1 2 10-4 10
4. Ermənistan 6 2 1 3 8-9 7
5. Latviya 7 1 0 6 5-17 3

E qrupu
17 noyabr: Moldova – Albaniya, Polşa - Çexiya.
20 noyabr: Çexiya – Moldova, Albaniya - Farer adaları.
Albaniya Moldovaya uduzmayacağı halda qitə çempionatına yollanacaq. Balkanlılar Polşa Çexiyaya qalib gələcəyi halda da final turnirinə vəsiqə qazanacaqlar. Polşaya qalib gələcəyi və Moldova Albaniya ilə oyunda xal itirəcəyi halda Çexiya qitə çempionatına vəsiqəni təmin edəcək. Çexiyaya qalib gəlməyəcəyi və ya Moldova Albaniyadan 3 xal alacağı halda Polşa şansını heçə endirəcək. Farer adaları artıq qitə birinciliyində oynamaq şansını əldən verib.

1. Albaniya 6 4 1 1 11-3 13
2. Çexiya 6 3 2 1 8-5 11
3. Polşa 7 3 1 3 9-9 10
4. Moldova 6 2 3 1 6-6 9
5. Farer adaları 7 0 1 6 2-13 1

F qrupu
16 noyabr: AZƏRBAYCAN - İsveç, Estoniya - Avstriya.
19 noyabr: Belçika – AZƏRBAYCAN, İsveç - Estoniya.
Belçika və Avstriya yığmaları AÇ-2024-də oynamaq hüququ qazanıblar.

1. Belçika 7 5 2 0 17-4 17
2. Avstriya 7 5 1 1 15-7 16
3. İsveç 6 2 1 3 12-9 7
4. AZƏRBAYCAN 6 1 1 4 4-12 4
5. Estoniya 6 0 1 5 2-18 1

G qrupu
16 noyabr: Bolqarıstan – Macarıstan, Monteneqro - Litva.
19 noyabr: Macarıstan - Monteneqro, Serbiya - Bolqarıstan.
Bolqarıstana uduzmayacağı halda Macarıstan qitə çempionatına vəsiqə qazanacaq. Monteneqro Litvaya qalib gələ bilməsə, Serbiya final turnirinə yollanacaq. Monteneqro şansını sonuncu tura saxlamaq üçün Litvaya qalib gəlməlidi. Litva və Bolqarıstan artıq qitə çempionatında oynamaq şansını itiriblər.

1. Macarıstan 6 4 2 0 11-4 14
2. Serbiya 7 4 1 2 13-7 13
3. Monteneqro 6 2 2 2 6-8 8
4. Litva 7 1 3 3 8-12 6
5. Bolqarıstan 6 0 2 4 3-10 2

H qrupu
17 noyabr: Danimarka – Sloveniya, Qazaxıstan - San Marino, Finlandiya - Şimali İrlandiya.
20 noyabr: Sloveniya – Qazaxıstan, San Marino – Finlandiya, Şimali İrlandiya - Danimarka.

Danimarka üzərində qələbə Sloveniyanı final mərhələsinə çıxaracaq. Slovenləri Qazaxıstanın San Marinonu məğlub etməməsi də sevindirəcək. Qazaxıstan uduzacağı halda Sloveniya qitə çempionatına vəsiqə qazanacaq. Sloveniya üzərində qələbə Danimarkanı final mərhələsinə çıxaracaq. Danimarkanı Qazaxıstanın San Marinonu məğlub etməməsi də qane edəcək. San Marinoya uduzacağı halda Qazaxıstan gücünü pley-off oyunlarında sınayacaq. Bu hal Qazaxıstan - San Marino matçı heç-heçə bitəcəyi, Sloveniya isə Danimarkaya uduzmayacağı təqdirdə də baş verəcək. İlk iki yeri tutmaq şansını itirən Finlandiya pley-off oyunlarında iştirak edəcək. Şimali İrlandiya və San Marinonun qitə çempionatında iştirakı mümkün deyil.

1. Sloveniya 8 6 1 1 17-6 19
2. Danimarka 8 6 1 1 17-7 19
3. Qazaxıstan 8 5 0 3 12-9 15
4. Finlandiya 8 4 0 4 12-9 12
5. Şimali İrlandiya 8 2 0 6 7-9 6
6. San Marino 8 0 0 8 1-26 0

I qrupu
18 noyabr: Belarus – Andorra, İsrail – Rumıniya, İsveçrə - Kosovo.
21 noyabr: Kosovo - Belarus, Andorra - İsrail, Rumıniya – İsveçrə.
İsrail üzərində qələbə Rumıniyanı final turnirinə çıxaracaq. İsrailin İsveçrəyə qalib gəlməməsi halında rumınlara asiyalılara uduzmamaq da vəsiqə qazandıracaq. İsveçrə İsrail üzərində qələbə ilə AÇ-2024-də iştirakını təmin edəcək. İsveçrə və Rumıniya üzərində qələbələr və İsveçrənin Kosovoya qalib gəlməməsi İsraili final turnirinə çıxaracaq. Əks hallarda yəhidilərin ümidi pley-off oyunlarına qalacaq. İsveçrəyə məğlubiyyət Kosovonun son şansını əldən verməsi ilə nəticələnəcək. Belarus və Andorranın heç bir şansı qalmayıb.

1. Rumıniya 8 4 4 0 13-4 16
2. İsveçrə 7 4 3 0 20-8 15
3. İsrail 7 3 2 2 7-8 11
4. Kosovo 8 2 4 2 9-8 10
5. Belarus 8 1 3 4 7-14 6
6. Andorra 8 0 2 6 3-17 2

J qrupu
16 noyabr: Lixtenşteyn – Portuqaliya, Slovakiya - İslandiya, Lüksemburq - Bosniya və Hersoqovina.
19 noyabr: Bosniya və Hersoqovina – Slovakiya, Portuqaliya - İslandiya, Lixtenşteyn - Lüksemburq.
Portuqaliya final mərhələsinə vəsiqəni təmin edib. İslandiyaya uduzmayacağı halda Slovakiya qrupda 2-ci yeri tutacaq. Bosniya və Hersoqovinaya qalib gəlməyəcəyi, Slovakiya isə İslandiyadan xal alacağı halda Lüksemburq birbaşa vəsiqə qazanmaq şansını itirəcək və gücünü pley-off oyunlarında sınayacaq. İslandiya şansının davam etməsi üçün Slovakiyaya qalib gəlməlidi. Bosniya və Hersoqovina və Lixtenşteyn qrupdan çıxmaq şansını itiriblər. Bosniyalıların ümidi pley-off oyunlarına qalıb.

1. Portuqaliya 8 8 0 0 32-2 24
2. Slovakiya 8 5 1 2 11-5 16
3. Lüksemburq 8 3 2 3 8-18 11
4. İslandiya 8 3 1 4 15-10 10
5. Bosniya və Hersoqovina 8 3 0 5 7-14 9
6. Lixtenşteyn 8 0 0 8 1-25 0
Bombardirlər: Lukaku (Belçika) - 10, Ronaldo (Portuqaliya) – 9, Keyn (İngiltərə), Höylunn (Danimarka) - 7.

AÇ-2024-ün SEÇMƏ TURNİRİ
16 noyabr 21.00 AZƏRBAYCAN - İsveç
16 noyabr 21.00 Estoniya - Avstriya
16 noyabr 21.00 Bolqarıstan – Macarıstan
16 noyabr 21.00 Cənubi Kipr – İspaniya
16 noyabr 21.00 Gürcüstan - Şotlandiya
16 noyabr 23.45 Monteneqro - Litva
16 noyabr 23.45 Lixtenşteyn – Portuqaliya
16 noyabr 23.45 Slovakiya - İslandiya
16 noyabr 23.45 Lüksemburq - Bosniya və Hersoqovina
17 noyabr 19.00 Qazaxıstan - San Marino
17 noyabr 21.00 Finlandiya - Şimali İrlandiya
17 noyabr 21.00 Moldova – Albaniya
17 noyabr 23.45 İtaliya - Şimali Makedoniya
17 noyabr 23.45 İngiltərə - Malta
17 noyabr 23.45 Polşa - Çexiya
17 noyabr 23.45 Danimarka – Sloveniya

Paylaş:
Digər xəbərlər

AÇ / Manşet

18-10-2023, 00:0

İngiltərə İtaliyanı məğlub etdi - YENİLƏNİB

Dünya futbolu

13-10-2022, 10:0

UEFA-dan xəbərdarlıq: Bu ölkə ilə qarşılaşmaq istəməyənlər cəzalandırılacaq

Dünya futbolu

13-10-2022, 18:0

“Siyasətçilər bizim təşkilata hörmət etməlidilər”

İdman

13-04-2022, 11:0

Millinin potensial rəqibləri bəlli oldu

Dünya futbolu

11-01-2023, 12:0

"Seçmə mərhələdə Estoniya və Azərbaycana qarşı tam hazır olmalıyıq"

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Bu gün, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Bu gün, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Bu gün, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Bu gün, 16:33
    Milli komandaya qayıtdı
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 124
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə