"Qrup birincisi olmaq üçün Azərbaycanı məğlub etmək istəyirik"

16.11.2023 11:24 204
"Qrupu birinci pillədə başa vurmaq üçün qalib gəlmək istəyirik".

"Football-plus.az" xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Artur Vermeren AÇ-2024-ün seçmə mərhələsində yığmamıza qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Serbiyanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verən 18 yaşlı yarımmüdafiəçi qalibiyyətin özünəinam baxımından vacib olduğunu vurğulayıb:

"Bu, bazar günü Azərbaycanla qarşılaşma üçün yaxşı hazırlıq idi".

Qeyd edək ki, millimiz seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdi. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.