“Yuventus” İtaliya çempionatında mövqeyİni tədricən yaxşılaşdırır.
Son oyunda “İnter”i 2:0 hesabı ilə məğlub edən komanda 7-ci yerdən 5-ci pilləyə yüksəlib. Baş məqçi Massimiliano Alleqri prinsipial rəqib üzərində qələbəni belə şərh edib:
“Oyun sistemi bizə sabitlik qazandırdı, amma əsas məsələ vahid kollektiv kimi oynamaqdadı. Komanda oyunun 95 dəqiqədən ibarət olduğunu anlayır. Biz mövsümün ilk oyunlarında yarım saat normal oynayır, son isə matçın axını istiqamətində üzürdük. İndi isə nə qədər çətin olsa da, sona qədər eyni səviyyədə mübarizə aparırıq. Üç məğlubiyyət və heç-heçədən sonra “İnter”ə qalib gəlməyimiz adama əsl məmnunluq bəxş edir. Bu rəqibi məğlub etmək çox vacib idi”.