Zaur Mikayılov xüsusi mükafat aldı

13.11.2023 14:54 212
İdman
Stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

"Football-plus.az" xəbər verir ki, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların 2-ci Universiadasında “Ən yaxşı hakimliyə görə” kuboku təqdim olunub.

Qeyd edək ki, 2010-cu ildə beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa “Top-16” kuboku kimi yarışlarda ədaləti qoruyub.

Təcrübəli referi həmçinin Avropa Çempionlar Liqasının final görüşünün də baş hakimi olub.