Stolüstü tennisçilər Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlığı yekunlaşdırmaq üzrədilər.
Football-plus.az xəbər verir ki, seçmə komanda iyulun 21-də Qax Olimpiya İdman Kompleksində başlanan təlim-məşq toplanışını da, başa vurub. Baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında keçirilən hazırlıq prosesində 10 idmançı iştirak edib.
Komandanın böyük məşqçisi Fərhad İsmayılov sonuncu təlim məşq toplanışını belə qiymətləndirib:
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə, görüşləri idarə edəcək.
Stolüstü tennisçilərin İslam Həmrəyliyi Oyunlarında mübarizəsinə avqustun 7-də start veriləcək.