Musa oynadı, komandası səfərdən xalsız döndü

13.11.2023 12:58
Dünya futbolu
İsveç çempionatında 30-cu turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Kalmar”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Musa bu oyunun 76-cı dəqiqəsində meydana buraxılıb.

“Yurqorden” hazırda 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.