Kişilərdən və qadınlardan ibarət şahmat üzrə millilərimiz Monteneqroda keçirilən Avropa çempionatının 2-ci turunda qələbə qazanıb.
"Football-plus.az" xəbər verir ki, ilk turda Danimarkaya məğlub olan kişi şahmatçılar bu dəfə Slovakiyanı 2,5:1,5 hesabı ilə üstələyib. Yığmanın heyətində Rauf Məmmədov rəqibini məğlub edib, Teymur Rəcəbov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıb.
Qadınlardan ibarət millimiz isə itkisiz irəliləyir. Startda Sloveniyadan güclü olan yığma hesabat turunda Niderlanda qalib gəlib - 2,5:1,5. Günay Məmmədzadə heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Gülnar Məmmədova qələbə qazanıb. Gövhər Beydullayeva isə məğlub olub.
Bu gün Avropa çempionatında 3-cü turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət millimiz İsveç, qadınlar isə Polşa ilə qarşılaşacaq.