• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Hər kəs istəyər ki, "Qarabağ"la Xankəndidə oynasın"

Premyer-liqa / Manşet

12-11-2023, 20:0

Misli premyer-liqasında 13-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, "Zirə" "Qəbələ"ni məğlub edib - 1:0. Matçdan sonra qəsəbə təmsilçisinin çalışdırıcısı Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Gözlədiyimizdən də çətin sonluq oldu. Qola qədər oyun daha çox bizim nəzarətimizdə keçirdi. Penaltidən fərqləndik. Ondan sonra tədricən "Qəbələ" üstünlüyü ələ keçirdi. Sonda böyük qüvvə ilə irəli atıldılar. Hesabın həyəcanı futbolçuların çox müdafiədə oturmağa vadar etdi. Ancaq böyük təzyiq altında qol buraxmadan vacib üç xal qazandıq. "Qəbələ" ilə oyunlarımız həmişə ağır keçir. Aramızda keçən növbəti gərgin və maraqlı matçlardan biri oldu".

- Son dəqiqələrdə müdafiədə boşluqlar verdiniz ki, rəqib də qol epizodları yaratdı. Bu yorğunçuluqla əlaqədar idi, yoxsa rəqibin göstərdiyi təzyiqlə?
- Kənardan çox müdaxilələr etdik ki, çox müdafiəyə oturmayaq. Oyunu necə başlamışdıqsa, elə də davam etmək istəyirdik. Ancaq rəqib riskə getdi. Dəyişikliklərdən sonra da böyük qüvvə ilə irəli atıldı. Təhlükəli epizodlar olurdu, amma birində Lukoviç topu boş qapıdan çıxardı. Boşluqlar deməzdim, sadəcə rəqib riskə gedirdi. Bu dəqiqələrdə ya rəqibin boşluqlarından istifadə edib qol vurmalısan, ya da vaxt keçdikcə rəqibin hesabı bərabərləşdirmək şansı artır. Çünki gərginlik olur. Komanda üzərində basqı var və bu da nəticələrlə bağlıdı. Bu gün oyunda onu açıq-aşkar hiss edirdim. Hətta köməkçi məşqçilərimə bildirdim ki, birinci sırada olmaq komanda üzərində müəyyən basqı yaradır. Futbolçular 1:0-dan sonra sanki qorxub nəticəni qorumağa çalışdılar. Ancaq oyundan öncə və təhlillərdə də deyirik ki, üstünüksə, müdafiədə oturmağın mənası yoxdu. Bu, zərərdən başqa bir şey deyil. Lakin yenə də, müdafiəyə oturdular və amansızca mübarizə apardılar. Xoş sözlərə layiq mübarizə idi.

- Elmar Baxşıyev komandasının məğlubiyyətində hakim səhvlərinin həlledici olduğunu düşünür. Hakimliklə bağlı sizin münasibətiniz necədi?
- Hansı epizoda?

- Ümumilikdə hakimliklə bağlı fikri belə idi...
- Elmar Baxşıyev çox sevdiyim məşqçilərdən və dostlarımızdandı. Onun son illərdə gördüyü işlər təqdirəlayiqdi. Təbii ki, ola bilsin isti-isti emosional fikir bildirib. Hansısa konkret epizodla bağlı fikir olsaydı, biz də baxdıqdan sonra nəsə fikir bildirə bilərik. Penalti haqdadısa, ilk baxışdan belə olduğu göründü. Həmkarımın fikrini çox şərh etmək istəmirəm.

- Siz razı qaldız hakimlikdən?
- Mən razı qaldım və ya razı qalmadım, dəyişən bir şey yoxdu. Yeri də gəlsə, bu üç ildə hakimlikdən ən çox əziyyət çəkən komanda bizik. Həlledici səhvlər həlledici məqamlarda olub. Bizə deyəndə ki, hakim səhvi ilə "Zirə" qalib gəldi, adama ağır gəlir. Mətbuat konfransları elədi ki, isti-isti danışırsan, hər şeyi dərin təhlil etmədən. Sakit formada da eyni fikirdə qalanda, nəyisə müzakirə etmək olar.

- Mətbuatda yayılan xəbərlərə görə, dekabrda "Qarabağ"la Xankəndidə qarşılaşacaqsız. Bu barədə sizin rəsmi məlumatınız var?
- Xeyr, bizim də konkret məlumatımız yoxdu. Mətbuatdan eşitmişik. Olsa, biz də sevə-sevə, Xankəndidə şərəflə oynayarıq. Məncə, hər kəs istəyər ki, "Qarabağ"la Xankəndidə oynasın.

- Heyətdə yetərincə zədəlilər var idi. Qarşıdakı matçlar üçün hansı rotasiyalar edəcəksiz?
- Bizim də, "Qəbələ"nin də heyətində ciddi problemlər var idi. Rəqibin 3-4 aparıcı futbolçusu çıxış etmirdi. Amma bu gün heyətlə bağlı şikayət edə bilmərəm. Çünki bu gün heyətimiz "Qəbələ"dən daha geniş idi. Amma ümumən zədəlilərimiz çoxdu, zədədən dönənlər də az deyil. Altı futbolçumuzun üç sarı vərəqəsi var. Qırmızı alan biz, çempionat bitdikdən sonra videotəkrarla cəzalanan biz, altı futbolçusunun üçünün sarı vərəqəsi olan biz... Qəbələdəki oyunda 100 faizlik penaltimiz var idi. Bir çox mütəxəssis də bunu penalti kimi görürdü. Pyer Zebliyə olmayan qırmızı vərəqə verildi. Hakimlikdən çox danışmaq istəmirəm. Bu mövsüm hakimlərimizdə açıq-aşkar irəliləyiş var. Amma mənə qarşı yenə səhvlər olub. Həmişə ümumi, "Zirə"nin baş məşqçisi kimi yox, Rəşad Sadıqov kimi danışmağa çalışıram. Bu mövsüm hakimlərdə irəliləyiş var. Bəlkə də, səhvlər olub. Ancaq əvvəlki illərdə hər oyunda ciddi səhvlərlə qarşılaşırdıq. Bu günkü matça hakimin təsirinin olduğunu düşünmürəm.

- Filipe Paxtmanın hazırkı durumu necədi? Ona hələ də inanırsız?
- Zədədən sonra bərpa olub. 0:0 olanda meydana buraxmaq istəyirdik. Sonradan qol vurduq. Paxtman 35-40 dəqiqə oynamağa hazır deyildi. Qol vurduq deyə, onu saxladıq, başqa dəyişikliklər etdik. Hələ ki, orqanizmi 2-3 oyun ardıcıl əsas heyətdə oynamağa imkan vermir. Yəqin ki, onunla bağlı təmkinli olacağıq.

- Hacıağa Hacılı çoxdandı ki, yoxdu...
- Zədəlidi. O, keçmiş illərdə çox oynayıb, daim güvəndiyim oyunçudu. Mövsümün əvvəlində zədələndi və demək olar ki, bütün hazırlığı buraxdı. Avqustun sonlarında məşqlərə başladı. Müəyyən oyunlarda 15-20 dəqiqə oynayırdı. Son vaxtlarda yenə zədəli idi. Hər futbolçunun karyerasında müəyyən uğursuz period olur. Yəqin ki, o da indi bunu yaşayır. Yoxsa, Hacıağa bizim vacib oyunçularımızdandı. Səbirsizliklə tam sağalmasını gözləyirik. Hələ ki, fərdi məşqlərə başlamayıb. Ən azından 1 aydan sonra tam məşqlərə iştirak edəcək.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

5-03-2023, 19:0

"Dominant oyun göstərməyə çalışdıq"

Premyer-liqa

18-09-2022, 23:0

"Bu gün “Qarabağ” qarşısıalınmaz idi" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

17-09-2023, 19:0

"Xırda səhvlər sonda nəticəyə təsir edir"

Premyer-liqa / Manşet

2-04-2023, 20:0

"Nələrisə hakimin üzərinə atmaq istəmirəm"

Premyer-liqa / Manşet

28-11-2022, 21:0

"Qazanılan hər bir xal çox dəyərlidi" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

5-02-2023, 18:0

Elmar Baxşıyev: "Ağır olacağını təxmin edirdik"

Aktual
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
Son xəbərlər
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə