İspaniyanın bəzi mənbələrinin Xavi Ernandes ilə bağlı ehtimalı doğru çıxmayıb.
“Football-plus.az” xəbər verir ki, “Barselona”nın ölkə çempionatında “Real”a (1:2), Çempionlar Liqasında isə “Şaxtyor”a (0:1) məğlubiyyətinin baş məşqçinin kreslosunu laxlatdığı ilə bağlı şayiələrə yol açmışdı. Ernandesin bu nəticələrə görə vəzifəsindən azad edilə biləcəyi ehtimal edilirdi. Lakin ESPN rəhbərliyin gənc mütəxəssisə etibar etdiyini və nəticələrin tezliklə yaxşılaşacağına inandığını xəbər verib.