"Qəbələ" bugünkü oyuna ciddi itki ilə çıxacaq

12.11.2023 11:51 213
Premyer-liqa
"Qəbələ" bu gün Misli premyer-liqasının 13-cü turunda "Zirə" ilə oyuna ciddi itki ilə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Omar Hani bugünkü matçı buraxacaq.

İordaniyalı yarımmüdafiəçi məşqdə əzələsi dartıldığı üçün hazırlığa qatılmır.

Xatırladaq ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Qəbələ” görüşü saat 16.30-da başlayacaq.