"Kəpəz"in yeni baş məşqçisi: "Belə ağır işlərdən çəkinmirəm"

11.11.2023 13:55 5 192
Ölkə futbolu / Manşet
"Kəpəz"in yeni baş məşqçisinin adına aydınlıq gəlmək üzrədi.

Böyük ehtimalla Azər Məmmədovun yerinə təcrübəli mütəxəssis Adil Şükürov gələcək. Bu haqda "Football-plus.az"a onun özü məlumat verib.

"İlkin razılıq əldə olunub. Hər şey qaydasındadı. İnşallah, noyabrın 13-də rəhbərliklə görüşüb bəzi məsələləri müzakirə edəcəyik. Beləliklə, yekun qərar veriləcək. Narahatlığım yoxdu. İndiyə qədər bir çox azarkeş əlaqə saxlayaraq öz dəstəyini ifadə edib. Komanda çətin durumdadı. Lakin, var gücümüzlə çalışıb vəziyyəti düzəltmək lazımdı. Belə ağır işlərdən çəkinmirəm. Onsuz da indiyə qədər bu yöndə təcrübəm olub. Özümə inanıram".


KƏNAN BAHADIR