• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Özünü ağsululara sevdirə bilməyən "Difai"... - YAZI

Manşet / Yazarlar

10-11-2023, 12:0

2012-ci ildən idman jurnalistikasındayam. Amma heç vaxt Ağsu Şəhər Stadionda olmamışdım. Düzdü, səfalı rayonumuza dəfələrlə səfər etmişəm. Amma stadiona baş çəkmək qismət olmamışdı.

Ölkədə 5 günlük tətil elan olunub. Bu səbəbdən də "Futbol+" işıq üzü görmür. Bayram günlərini fürsət bilərək dünən Ağsuya yollandım. Çünki 1-ci liqanın 8-ci turunda "Difai Ağsu" "Mingəçevir"lə üz-üzə gəlirdi.

Hər iki komanda üçün vacib görüş idi. Çünki heç biri yaxşı dönəmini yaşamır. "Difai Ağsu"da vəziyyət daha pisdi. Komanda qələbəyə həsrətdi. Təcrübəli Paşa Əliyevin yerinə gənc Elgiz Kərimlini baş məşqçi təyin ediblər ki, vəziyyəti düzəltsin.

Qonaqlar səfərə sevincək yollanmışdı. Çünki Aran-Mingəçevir Regional Gənclər və İdman İdarəsi kluba avtobus hədiyyə etmişdi. Bu da "şəhərlilər"in müəyyən xərclərdən qurtulması demək idi. Klubun bütün idarəçiləri də Ağsuya təşrif buyurmuşdu. İdarə Heyətinin sədri Nurlan Əhmədov, onun müavini Ruslan Həmidov, idman direktoru Zaur Qarayev və başqaları oyunu stadiondan canlı izləyirdi.

Oyun qonaqların hücumlarıyla başladı. Vidadi Cəfərov, Roman Hüseynov, Elsevər Bəkirzadə kimi premyer-liqa təcrübəsi olan futbolçular ağsululara çətin anlar yaşadırdılar. Elgiz Kərimlinin komandası isə müdafiə olunmaq və topu hara gəldi vurmaq ilə məşğul idi. Düzdü, "qırmızı-qaralar" bəzi hallarda əks-hücuma çıxmaq istəyirdilər, amma yalnız istəyirdilər, bacarmırdılar. Qonaqların bütün cəhdlərinə baxmayaraq, ilk hissədə hesab açılmadı.

İkinci hissənin ilk 15 dəqiqəsini ağsulular daha fəal keçirdi. Hiss olunurdu ki, komanda qələbə qazanmaq istəyir. Lakin Sönməz Quliyevin komandası toparlana bildi. Düzdü, Vidadi Cəfərov mingəçevirlilərin əsəbləri ilə oynayırdı. "Şəhərlilər" görüşün sonlarına doğru hücumların sayını artırdı və 81-ci dəqiqədə qol istəyinə çatdı. Elsəvər Bəkirzadə komandasına qələbə qazandıran qolu vurdu.

Oyun aşağı-yuxarı 1-ci liqa səviyyəsində idi. Maraqlı məqam odu ki, tətil olmasına baxmayaraq, stadionda adam yox idi. Ağsu kimi rayonda 60 nəfərin oyunu izləməsi qəbulolunmaz haldı. Görünür, "Difai Ağsu" hələ də ağsululara özünü sevdirə bilməyib. Yəqin ki, komandanın uğursuz çıxışı da buna təsir edən əsas amildi.

Xoş məqamlardan biri Ağsu Şəhər Stadionu ilə bağlıdı. Arenanın tribunalarının vəziyyəti o qədər də yaxşı deyil, ot ürtüyü sunidi. Lakin stadionda işıqlandırma sistemi və elektron tablo var. Oyun zamanı maraqlı məlumat da əldə etdim. AFFA prezidenti təzəlikcə bu rayona səfər edib və arenanın durumu ilə maraqlanıb. Stadionun yanvardan təmirə bağlanması ilə bağlı göstəriş verib. Arenanın yanındakı boş arenada akademiya və otel tikiləcək. Ot örtüyü təbii olacaq. Tribunalar təmir olunacaq.

Oyun o qədər də ürəkaçan olmasa da, Ağsu səfəri xoş keçdi. Belə qənaətə gəldim ki, bu rayonda futbolla bağlı böyük işlər görmək olar və ilk addımlar da atılır. İndi qalır "Difai Ağsu"nun özünə gəlməsi və azarkeşlərin sevgisini qazanması. Bunun nə vaxt olacağını isə demək çətindi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

9-11-2023, 16:0

Bu klubun avtobus problemi həll olundu - ÖZƏL

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

1-ci liqa / Manşet

8-10-2023, 11:0

O “Difai” ermənilərə qan uddururdu, bu “Difai” isə…

1-ci liqa / Manşet

9-11-2023, 21:0

“Oyunun ədalətli nəticəsi heç-heçə idi” – “Ağsu Difai”nin baş məşqçisi

1-ci liqa / Manşet

25-10-2023, 16:0

“Zaqatala” və "İmişli" qalib gəldi, yevlaxlılar uduzdu - YENİLƏNİB

Aktual / Liqalar

17-06-2023, 14:0

“Difai” niyə Ağsunu seçib? - AÇIQLAMA

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə