Yığmamızın oyunlarını idarə edəcək hakimlər açıqlandı

10.11.2023 10:52 220
Yığma
19 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-21-i tarixlərində Lüksemburqda keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.

"Football-plus.az" oyunların təqvimini və hakim təyinatlarını diqqətinizə çatdırır:

Azərbaycan – Bosniya və Hersoqovina
15 noyabr. Stade de la Frontiere. Saat 19.00.
Baş hakim: Mikkel Redder (Danimarka)
Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)

Niderland – Azərbaycan
18 noyabr. Terrain Poetz stadionu. Saat 19.00
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)

Lüksemburq – Azərbaycan
21 noyabr. Terrain Poetz stadionu. Saat 21.00.
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus)
Dördüncü hakim: Dmitri Dmitryiev (Belarus)

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.