Millimizin oyunlarının idarə edəcək hakimlər açıqlanıb

29.03.2023 15:57 229
Yığma
Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları 6-11 aprel tarixlərində Slovakiyada təşkil olunacaq. B Liqasının 5-ci qrupunda mübarizə aparacaq komandamızın oyunlarını idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:

Monteneqro – Azərbaycan
8 aprel. Saat 13.00. Qabçikovo stadionu
Baş hakim: İoanna Allayiotou (Kipr)
Baş hakimin köməkçiləri: Despoina Demosthenous (Kipr), Anna Vieczorek (Polşa)
Dördüncü hakim: Katarzyna Lisiecka-Sek (Polşa)

Azərbaycan – Slovakiya
11 aprel. Saat 13.00. Qabçikovo stadionu
Baş hakim: Marina Jivkoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr)
Dördüncü hakim: İoanna Allayiotou (Kipr)