İspaniyada ən yaxşı futbolçu seçildi

9.11.2023 22:51 219
Dünya futbolu
İspaniya Futbolçular Assosiasiyasının versiyasına əsasən, La Liqanın 2022/23 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bu nominasiyada “Real”ın braziliyalı hücumçusu Vinisius Junior qalib gəlib. Mükafatlandırma mərasimi noyabrın 6-da Madriddə keçirlib. Yeri gəlmişkən, Vinisius ötən mövsüm üçün “France Football” nəşrinin keçirdiyi “Qızıl top” mükafatı üzrə səsvermədə 6-cı yeri tutmuş, humanitar və xeyriyyəçilik fəaliyyətinə verdiyi töhfəyə görə “Sokrat” mükafatına layiq görülmüşdü.

O, son mövsümdə İspaniya La Liqasında keçirdiyi 33 matçda 10 qol vurub və 10 məhsuldar ötürmə edib.