Serxio Ramos Çempionlar Liqasının yeni rekordunu müəyyən edib.
"Football-plus.az" xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda PSV-yə qarşı matç (2:2) “Sevilya”nın müdafiəçisi üçün əlamətdar olub. Ramos komanda yoldaşı Nemanya Qudelin vurduğu qolun ötürməsini verib. Bununla da 37 yaş 187 günlüyündə olan müdafiəçi ÇL-də qol ötürməsi verən ən yaşlı futbolçu kimi tarixə düşüb. Əvvəlki rekord “Roma”nın sabiq hücumçusu Françesko Tottiyə məxsus idi - 37 yaş 35 gün.
Qeyd edək ki, Ramos sabiq klubu “Sevilya”ya bu yay azad agent kimi qayıdıb. O, daha əvvəl bu komandada 2003-06-cı illərdə çıxış edib.