"Real"ın yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasında yeni rekorda imza atıb.
Football-plus.az xəbər verir ki, xorvatiyalı qrup mərhələsinin 6-cı turunun "Seltik"lə matçında penaltini dəqiq yerinə yetirərək turnirdə 11 metrlik məsafədən qol vuran ən yaşlı futbolçu adına yiyələnib. Modriç 37 yaş 54 günlüyündə fərqlənib.
Bunadək rekord Çempionlar Liqasının 2021/22 mövsümünün 1/8 finalında "Çelsi" ilə oyunda (1:2) "Lill"in heyətində 36 yaş 244 günlüyündə penaltidən qol vuran hücumçu Burak Yılmaza məxsus idi.