36 yaşında rekordçu oldu

3.11.2022 20:30 365
Çempionlar Liqası
Çempionlar Liqasının (ÇL) “Zaltsburq” ilə oyunu Olivye Jiru üçün əlamətdar olub.

“Milan”ın hücumçusu komandasının 4:0 hesablı qələbəsində 2 qol və 2 məhsuldar ötürmə ilə böyük rol oynayıb. Meydana 36 yaş 33 günlüyündə çıxan Jiru ÇL matçında 4 məhsuldar hərəkətlə fərqlənən ən yaşlı futbolçu olub.

Qeyd edək ki, “Opta Sports” şirkəti bu statistikanı 2003/04 mövsümündən hesablayır. Ötən müddətdə 36 yaşlı futbolçular arasında “qol+məhsuldar ötürmə” üzrə ən yaxşı göstərici 2-yə bərabər olub.