Xorxe Almiron “Boka Xuniors”un baş məşqçi vəzifəsindən ayrılıb.
“Football-plus.az” xəbər verir ki, 52 yaşlı mütəxəssis komandadan öz istəyi ilə gedib. Onun bu qərarına “Boka Xuniors”un Libertadores Kubokunun finalında “Fluminense”yə uduzması (1:2) səbəb olub. Almiron Argentina klubunu bu ilin aprelindən çalışdırırdı.
Buenos Ayres klubunun məğlubiyyəti daha bir hadisəyə səbəb olub. “Boka”nın 23 yaşlı azarkeşi Marselo Morales sevimli komandasının finalda uduzmasına dözə bilməyərək intihar edib...