29-cu dəfə Argentina çempionu oldu

24.10.2022 09:26 396
Dünya futbolu
Argentina çempionatında cari mövsümün çempion komandası məlum olub.

"Footbal-plus az" xəbər verir ki, mövsümün son turunda "Boka Xuniors" "İndependyente" ilə 2:2 hesablı heç-heçə edib. "River Pleyt" isə səfərdə "Rasinq"ə 2:1 hesabı ilə qalib gəlib. Bununla da "Boka Xuniors" xallarının sayını 52-yə, "Rasinq" isə 50-yə çatdırıb. Beləliklə, "Boka Xuniors" növbəti dəfə Argetnina çempionu adını qazanıb. "River Pleyt" isə 47 xalla üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu, "Boka Xuniors"un tarixində 29-cu çempionluqdu.