Gəncə stadionunun təmir üçün hasarlandığını xəbər vermişdik.
Amma köklü yenidənqurma-təmin işləri hələ başlamayıb. Bununla bağlı fərqli xəbərlər dolaşır. Klub rəsmilərindən bu yöndə cavab ala bilmədiyimizdən "Xəmsə" azarkeş qrupunun rəhbəri Müşfiq Məmmədovun fikirlərini öyrəndik:
"Bu barədə klub rəhbərliyi danışsa, yaxşı olardı. Eşitdiyimə görə, Gəncə şəhər stadionunun layihələndirilməsi üçün 1 milyon manat ayrılıb. Futbol məkanımız çəpərə alınıb, orada kamplar qurulub. Bəzi işlər də görülməyə başlanılıb. Amma hansı işlərdi - bunu dəqiq deyə bilmərəm. Zamana ehtiyac var, hamımız gözləyirik".
ABDULLA İSMAYILOĞLU