Azərbaycan voleybolunun ulduzlarından sayılan Yelena Şabovta bir neçə gün əvvəl “Football-plus.az”a verdiyi müsahibədə sabiq komanda yoldaşı Alla Həsənova ilə aralarının olmadığını, onun xarakter cəhətdən rahat qadına oxşamadığını, heç vaxt da onunla dost olmadığını demişdi. Bu məsələ ilə bağlı ittiham olunan şəxs – Alla xanım ilə də əlaqə saxladıq. O, “Football-plus.az”a bunları söylədi:
“Mən bu haqda danışmaq istəmirəm. Qoy Şabovta nə danışır-danışsın, mənə maraqlı deyil. Allah başımızın üstündədi və hər şeyi görür”.
CAVİD ƏLİYEV