"Kəpəz"i növbəti turun oyununa çıxaracaq mütəxəssis bəlli oldu

7.11.2023 11:34 280
Premyer-liqa
"Kəpəz"də baş məşqçi axtarışları davam edir.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisini premyer-liqanın növbəti turuna Etibar İbrahimov çıxaracaq.

Mütəxəssis noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri idi.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XIII turunda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Noyabrın 10-da reallaşacaq qarşılaşma saat 19:00-da başlayacaq.