"Kəpəz"i məşqlərə bu mütəxəssis çıxaracaq

29.08.2022 14:13 587
Ölkə futbolu
"Kəpəz" klubunda baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək şəxs bəlli olub.

"Football-plus.az" Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadənin və məşqçilər korpusunun istefaya göndərilməsindən sonra komandanı hazırlığa Xaliq Mərdənov çıxaracaq.

Gəncə şəhər stadionundakı məşq bu gün saat 18.00-da başlayacaq.

Qeyd edək ki, "Kəpəz" bu mövsüm Azərbaycan premyer-liqasındakı ilk 4 oyununun hamısını məğlubiyyətlə başa vurub. Xaliq Mərdənov "Kəpəz-2"yə rəhbərlik edir.