Emil Balayevə ehtiyac duyulmadı

19.03.2022 15:30 609
Aktual
Qazaxıstan çempionatında 3-cü turun oyunları keçirilib.

Emil Balayevin şərəfini qoruduğu “Turan” doğma meydanda Aktau “Kaspi”sinə uduzub – 0:1. Millinin qolkiperinin adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. Hesabında 1 xal olan “Turan” 14 komandanın sıralamasında 11-ci pillədə qərarlaşıb.