Emil yenə debüt edə bilmədi

27.04.2022 22:18 596
Dünya futbolu
Qazaxıstan premyer-liqasında 8-ci turun oyunları keçirilir.

Emil Balayevin formasını geyindiyi "Turan" "Atırau"nu qəbul edib. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Millimizin üzvü bu görüşün iştiralkçısı olmayıb. Azərbaycanlı qolkiperin adı iştirak ərizəsinə salınsa da, sona qədər ehtiyatda qalıb.

Yığmanın üzvü olan Emil "Turan"da hələ debüt etməyib.

Hazırda "Turan" 7 xalla 12-ci pillədə qərarlaşıb.