“Mersedes”in texniki direktoru Mayk Elliott komandanı tərk edib.
Mətbuat xidmətinin yaydığı açıqlamada belə deyilir:
“Bu gün, 11 ildən sonra texniki direktor Mayk Elliott Breklidən olan həmkarları ilə səmimi şəkildə vidalaşdı. Ona görə ki, komandanı tərk etməyə və karyerasında yeni səhifəyə “Mersedes”dən kənarda başlamağa qərar verib”.
Xatırladaq ki, “Formula-1” üzrə dünya çempionatının cari mövsümündə 371 xal toplayan “Mersedes” lider “Red Bull”dan 360 xal geri qalmaqla Mühəndislər kubokunda 2-ci pillədə qərarlaşıb.