Məsələ ilə bağlı qurumdan rəsmi açıqlama ala bilmədik. Hətta BOS-dakı VAR mərkəzinin yanındakı otaqda bunun üçün təmir işləri gedirdi. Lakin hələ departamentin nümayəndələri ora köçməyiblər. Məsələ ilə bağlı yeni informasiya almaq üçün BOS-un mətbuat katibi Fərid Əsədzadə ilə əlaqə saxladıq. Qurum rəsmisi qəzetimizə açıqlamasında bunları söylədi:
“AFFA Hakimlər Komitəsi bu məsələ ilə bağlı bizə müraciət etmişdi. Onlara müsbət cavab verilib. Hətta AFFA-nın əməkdaşları stadiona gələrək yerlə tanış olmuşdular. Təmir məsələsini danışmışdılar. Amma nə vaxt köçəcəklər, kimlər burdan istifadə edəcək? Bu sualları mən cavablaya bilmirəm. Çünki məlumatım yoxdu. Bunları dəqiqləşdirmək üçün Hakimlər Komitəsinə müraciət etsəz, daha yaxşı olar”.
İLKİN SULTANLI



