Premyer-liqanın 2022/23 mövsümü hakim səhvləri ilə diqqət çəkir.
Cari “futbol ili”ndən çempionatda VAR texnologiyasından istifadə olunsa da, referilər yenə yanlışlıqlara yol verirlər. Bunun səbəbi müzakirə mövzusudu. Görəsən, hakimlərin hazırkı durumu nə üçün belədi?
Məsələ ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Mənbənin sözlərinə görə, növbəti mövsümdən Hakimlər Komitəsi yenidən PFL-in nəzarətinə keçəcək. AFFA belə düşünür ki, referilər yaxşı hazırlıq keçmədiyi üçün daxili yarışlarda səhvlərə yol verir. Bu səbəbdən də qurum yenidən PFL-in nəzarətinə keçəcək. Burda əsas məqsəd PFL-in onlar üçün mütəmadi olaraq toplanışlar təşkil etməsi olacaq.
Məsələni dəqiqləşdirmək üçün PFL-ə müraciət etdik. Qurumun Media və Marketinq direktoru Sənan Abdullayev “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Hazırda belə bir məsələ yoxdu. Hakimlər Komitəsi başqa bir qurumdu və AFFA-nın nəzdindədi”.
İLKİN SULTANLI