Hakimlər departmenti üçün yeni ofis

1.10.2023 18:59
Ölkə futbolu / Manşet
Bakı Olimpiya Stadionu yavaş-yavaş futbol aid qurumlarının mərkəzinə çevrilir.

"Football-plus.az" xəbər verir ki, "CBC Sport" kanalının studiyası adı çəkilən məkanda yerləşir. Bir müddət sonra "Neftçi" də bura köçəcək. Hazırda klubun ofisinin təmiri gedir. Yaxın günlərdə isə AFFA Hakimlər və hakim-inspektorlar Komitəsinin hakimlər departamenti stadionda məskən salacaq. BOS-dakı VAR mərkəzinin yanındakı otağdan Barış Şimşək, Cavid Cəlilov, Fəridə Lütfəliyeva və qurumun digər əməkdaşları ofis kimi istifadə edəcək.

Maraq üçün qeyd edək ki, hakimlərin məşqləri də BOS-da keçirilir.

İLKİN SULTANLI