• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ataman Güneyligil də məni yığmaya hücumçu kimi dəvət etdi”

Aktual / Müsahibə

31-10-2023, 17:0

Sonuncu Avropa çempionatına aparılmayan, daha dəqiqi, sabiq baş məşqçi Ataman Güneyligilin istəyi ilə qadın voleybol yığmasının heyətindən kənarlaşdırılan Ülkər Kərimova susqunluğu pozaraq ilk dəfə danışmaq istədi. Hazırda “Abşeron”da çıxış edən hücumçu ilə əlaqə saxlayıb ən müxtəlif məsələlər ətrafında söhbətləşdik.

- Mövsümə hazırlıq necə gedir?
- Hazırlığımız yüksək səviyyədədi. Noyabrın 6-da çempionatın ilk turunda "Azərreyl"lə qarşılaşacağıq. Düşünürəm ki, mövsümə qələbə ilə başlasaq, belə də bitirə bilərik. Komandama inanıram.

- Heyətiniz tam komplektləşib?
- İnşallah, bir-iki oyunçu çempionatın ikinci yarısında bizə qoşulacaq.

- Bu mövsüm üçün komandanızın hədəfləri nədi?
- Ötən il yalnız ölkə kubokunu qazanmışdıq. Amma bu il həm çempionluğu, həm də ölkə kubokunu qazanmaq istəyirik.

- Bu yay sənə yerli və ya xarici klublardan təklif var idi?
- Ailəm burda olduğundan xaricdən gələn təklifləri qəbul etmirəm. Yerli klublardan təklif var idi. Lakin mən ötən mövsüm ölkə kubokunu qazanan komanda ilə qalmaq istədim.

- Bəs son çempion və bu mövsüm avrokuboklara yaxşı başlayan "Azərreyl"dən təklif var idi?
- Avrokuboklarda iştirak edən "Azərreyl"ə qarşıdan gələn oyunlarda uğurlar arzulayıram. Ancaq bu komandadan təklif almamışdım.

- Bir az da milli komanda barədə söhbət edək. Ataman Güneyligil yığmanın AÇ-yə yollanan heyətindən səni və Şəfaqət Alışanovanı çıxardı. Buna təəccübləndin? Ümumiyyətlə, baş məşqçi niyə bu addımı atdı? Çünki sən ötən mövsüm "Abşeron"un heyətində həm libero, həm də hücumçu kimi çıxış etmişdin.
- Yığmaya yeni qatılan Ataman bəy 17 oyunçu çağırdı. Bu siyahıda mənim də adımın olmağı sevindirici hal idi. Buna görə məşqçilərə, federasiyaya təşəkkür edirəm. Bildiyiniz kimi, turnirə 14-15 voleybolçu qatıla bilərdi. Siz düzgün vurğuladız ki, mən əvvəl libero mövqeyində oynamışam. Amma ötən il baş məşqçimiz Famil Ağayevin təklifi ilə hücumçu kimi meydana çıxdım. Bəyaz Quluyeva isə libero oldu. Bu plan işə yaradı və biz ölkə kubokunun qalibi olduq. Mən də hücumçu kimi uğurlu çıxış elədim. Ataman Güneyligil də məni yığmaya hücumçu kimi dəvət etdi. Lakin baş məşqçi əvvəl libero oynadığıma görə turnirdə komanda yoldaşlarıma yetərincə kömək göstərə bilməyəcəyim üçün adımı yekun siyahıya salmadı. Bu da mənim üçün sürpriz olmadı. Amma millinin heyətinə dəvət almaq və təlim-məşq toplanışının son gününə qədər komandanın yanında olmaq, kömək etmək mənim üçün şərəf hissi idi.

- Türkiyəli mütəxəssisin heyət seçimini də qınayanlar oldu. Buna münasibətin maraqlıdı.
- Ataman bəy təcrübəli baş məşqçidi. Hər halda, özü texniki heyətlə birgə düzgün qərar verib. Mən məşqçilərin qərarına müdaxilə edə bilmərəm.

- Yığmanın son Avropa çempionatındakı çıxışını necə dəyərləndirirsən? Komandada nə çatmadı?
- Əlbəttə ki, komandanı finalda görmək istəyirdim. Amma bəzi əsas oyunçularımız zədəli olduğu üçün istədikləri oyunu göstərə bilmədilər.

- Turnirdən sonra Ataman Güneyligil uğursuzluğun səbəbini yığma üzvlərində gördü. Hətta bəzi oyunçuları ittiham etdi. Məsələn, 30 yaşdan yuxarı bir sıra oyunçuların hələ indi voleybolu öyrəndiyini dedi. Buna münasibətin necədi?
- “30 yaşdan yuxarı oyunçular hələ indi voleybolu öyrənir” fikri ilə heç razı deyiləm. Bizim qızlar hamısı təcrübəli oyunçulardı. Onlar voleybolu indi öyrənsəydilər, xaricdə çıxış etməzdilər. Baş məşqçinin niyə belə düşündüyün anlaya bilmirəm. Yığmanın turnirə hazırlıq prosesi iki-üç ay keçdi. Bu qısa zamanda da peşəkar oyunçuların tərzini dəyişmək mümkün deyildi.

- Baş məşqçinin qızlar arasında qruplaşma olması fikrinə münasibətin necədi? Ən azı yığma ilə birlikdə təlim-məşq toplanışında olmusan. Bunu daha yaxşı sən bilərsən.
- Mən bunu heç hiss etməmişdim. Deyə bilərəm ki, məncə, bu il gənc, perspektivli, mehriban komanda yığılmışdı. Biz Ataman bəyin yığmaya gəlişini toplanışa qatılmamış bilirdik. Onunla işləmək istəməsəydik, heç bir oyunçu hazırlığa qatılmazdı.

- Səncə, yığmada yerli mütəxəssis işləməlidi, yoxsa əcnəbi?
- Əlbəttə, yerli mütəxəssis çalışsa, bizə də uyğun olar. Amma əsas odu ki, gələn məşqçi nəticə verə bilsin.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

İdman

13-07-2023, 11:0

Voleybol millimizin heyəti - Avropa çempionatı

İdman / Manşet

7-10-2023, 21:0

Ataman daha ...ataman deyil!

İdman / Manşet

3-09-2023, 19:0

Güneyligil bir daha gəlməyəcək?

İdman

17-08-2023, 20:0

“Mən olsaydım, Ülkərlə Şəfaqəti də aparardım” – Atamanın seçimini bəyənmədi

İdman

15-05-2023, 16:0

Qadın voleybolçulardan ibarət millimizə yeni baş məşqçi təyin olundu

İdman / Manşet

24-10-2023, 19:0

Güneyligil gedər oldu

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 216
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə