"Bakı gözəl şəhərdi və burada ucuzluqdu" - Stefan Aka

31.10.2023 11:34 215
Premyer-liqa
“Bakı gözəl şəhərdi və burada ucuzluqdu”.

“Football-plus.az” xəbər verir ki, bunu “gsp.ro” saytına açıqlamasında “Zirə”nin futbolçusu Stefan Aka deyib.

Kot-d'İvuardan olan müdafiəçi Azərbaycanda işlərinin yolunda getdiyini bildirib:

“Burada çox xoşbəxtəm, işlərim yaxşı gedir. “Zirə”nin əksər matçlarında meydana çıxıram. Hazırda da Premyer Liqada birinci yerdəyik”.

Qeyd edək ki, Stefan Aka bu mövsüm premyer-liqada 7 oyun keçirib.