"Məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdı" - İshak Belfodi

14.09.2023 17:53 508
Ölkə futbolu
"Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdı".

"Football-plus.az" xəbər verir ki, bunu "Sabah"ın yeni transferi İshak Belfodil klubun mətbuat xidmətinə açıqlamasında deyib.

31 yaşlı əlcəzairli hücumçu oyuna çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib:

"Burada olmaqdan çox şadam. “Sabah” gənc klubdu. Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. Mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək".


Qeyd edək ki, "Sabah" Belfodillə 2+1 illik müqavilə imzalayıb.