• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah”ın problemləri bitdimi? – KÖŞƏ

Manşet / Yazarlar

25-10-2023, 15:0

“Sabah”a böyük ümidlərim var idi. Komandanın rusiyalı baş məşqçisi Murad Musayevin bacarıqlı mütəxəssis olduğuna özümü inandırmışdım. Onun çalışdırdığı komandanın ötən mövsüm göstərdiyi oyun, qazandığı nəticələr məndə bu inamı yaratmışdı. Musayevin əlinin altındakı heyət də Azərbaycan üçün ən yaxşılardandı. Əsas komanda ilə yanaşı, ümumilikdə rəhbərliyin futbola yanaşması da diqqəti çəkir. Çünki “Sabah” klub olaraq, uşaq futbolunun inkişafı istiqamətində də böyük işlər görür.

Xəbəri olanlar təsdiqləyər ki, hazırda “Sabah”ın uşaq akademiyası əla şəraitə malikdi. Klub rəhbərliyi həm akademiyada çalışan mütəxəssisləri, həm də orda məşq edən uşaqları qayğıyla əhatə edib, yüksək səviyyəli şərait yaradıb. Qalır futbol oynamaq, məşq etmək, həm nəticə qazanmaq, həm də Azərbaycan futbolunun gələcəyi üçün yeni istedadlar yetişdirmək.

Təəssüf ki, Murad Musayevin çalışdırdığı əsas komandanın nəticələri heç də bu gözləntilərə və görülən böyükmiqyaslı işlərə uyğun deyil. “Sabah” yeni mövsümdə ilk qələbəsini elə 1-ci turda qazandı. Masazırdakı stadionda “Qəbələ”nin qapısına beş cavabsız top vuruldu. Kim inanardı ki, davamı gəlməyəcək, bu qələbə “Sabah” üçün ilk dövrədə yeganə olacaq?! Bunu iddia edənə gülərdik, yumşaq ifadələrlə onun futboldan baş çıxarmadığını, bizim futboldan bixəbər olduğunu deyərdik. Amma el dili ilə desək, ağlımıza gəlməyən başımıza gəldi. “Sabah” “Qəbələ” ilə oyundan sonra düz iki ay yarım qələbəyə həsrət qaldı. Avqustun 6-da “Qəbələ”ni məğlub edən “bayquşlar” bir də oktyabrın 21-də “Sumqayıt”ı 3:1 hesabıyla üstələdi. Bəlkə də taleyin ironiyasıdı. 2-ci turda “Sabah” “Sumqayıt”la qarşılaşmalıydı. Klubun başbilənləri həmin görüşün təxirə salınmasını istədi, PFL də bu istəyi yerinə yetirdi. Di gəl ki, “Neftçi” ilə “Qarabağ” həmin tur oynadı. Bəlkə də bu ayrı-seçkiliyin “mükafatı” bu oldu. Yaxud da həmin təxirəsalma komandanı kökdən saldı, futbolçular hər şeyin qaydasında olduğu bir vaxtda oynamayıb formadan düşdülər.

Bütün bu ehtimalların üzərində çox dayanmayacam. İndi məni düşündürən sual başqadı. Əminəm ki, bu sual “Sabah”a könül verən azarkeşləri, eləcə də bu klubun uğurunu istəyən hər kəsi narahat edir. “Sumqayıt” üzərində qazanılan qələbə “Sabah”ı “qara zolaq”dan çıxardımı? Uğursuz seriya bitdimi? İnanmaq çətindi. “Qarabağ”, “Zirə”, “Neftçi” kimi rəqiblərlə oyunları bir kənara qoyuram. Murad Musayevin komandası doğma meydanda “Turan Tovuz”a 0:3 hesabıyla məğlub oldu. Özü də rəqib qapısı qarşısında bircə təhlükəli vəziyyət belə yaratmadan. Hamımız üçün əsl sensasiya idi. “Qarabağ”a uduzduqları oyundan sonra Murad Musayev söz verdi ki, “Kəpəz”lə oyunda hər şeyin fərqli olmasına çalışacaqlar. Çalışdılarmı? Məşqlərdə necə çalışdıqlarını deyə bilmərəm. Belə vacib oyunda “çərçivə”nin təcrübəsiz və çəlimsiz Rüstəm Samiqullinə tapşırılması qələbə üçün bütün vasitələrə əl atan baş məşqçiyə yaraşmadı. Maraqlıdı ki, “Sabah” “Neftçi” və “Qəbələ” ilə qarşılaşmalar istisna olmaqla bütün digər oyunlarda məğlub duruma düşüb. “Kəpəz”, “Səbail” və “Araz Naxçıvan”la görüşlərdə qapısında ilk qolu görən komanda məğlubiyyətdən qaçmağı bacarıb və meydandan 1 xalla ayrılıb. “Sabah”ın iddialarını, heyətini göz önünə gətirəndə heç-heçənin uğur sayılmadığını əminliklə demək olar.

“Sumqayıt”la qarşılaşmanın ssenarisi də eyni idi. Görüşdəki ilk qol “Sabah”ın qapısında vuruldu. Erkən qol vuran qonaqlar 54-cü dəqiqəyə qədər hesabda öndə oldular. Məhz bu dəqiqədə hesab bərabərləşdi. “Sabah”a qələbə gətirən qollar isə 80-ci dəqiqədən sonra vuruldu. Qarşılaşmanı izləyənlər də təsdiqləyər ki, qələbəyə qazanılsa da, “Sabah”ın oyununda problemlər açıq-aşkar hiss olunurdu. Qapı xəttində olan problemləri Murad Musayev mətbuat konfransında özü etiraf edib. Gələcəyinə böyük ümidlər bəslədiyimiz Yusif İmanovun “canlı sədd”i necə pis qurduğunu “Partizan”la Belqraddakı oyunda da görmüşdük. Həm onun, həm də komanda yoldaşı Rüstəmin buraxdığı qollar bizi təəccübləndirir. Sanki “Sabah”ın qapıçılarına yaxın küncü necə qorumaq, cərimə zərbəsi zamanı komanda yoldaşlarını topun qarşısına necə düzmək lazım olduğunu öyrətməyiblər.

Di gəl ki, problem yalnız qapıçılarla bağlı deyil. Aleksey İsayev “Sumqayıt”la oyunda azı iki epizodda əlverişli mövqedə olsa da, “çərçivə”ni nişan ala bilmədi, topu göyə uçurdu. “Sabah”ın xeyli legioneri var, hamısı da adlı-sanlı. Amma baxırsan ki, çətin məqamda oyunu üzərinə götürən, komandanı arxasınca aparan tapılmır. Mövsümün artıq 2-ci dövrəsi başlayıb, “Sabah”da isə komanda oyunu hələ də yoxdu. Ümid edirəm ki, “Sumqayıt”la oyun “qara zolağın sonu” idi. Murad bəy problemləri həll edəcək, futbolçular toparlanacaq. Yalnız onda deyə biləcəyik ki, “Sabah”da problemlər bitdi!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

1-09-2022, 21:0

“Sabah” Murad Musayevin arzusunu yerinə yetirəcək? - AÇIQLAMA

Ölkə futbolu

26-04-2023, 10:0

Murad Musayev üçün əlamətdar oyun

Aktual
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Son xəbərlər
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 138
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə