"Football-plus.az" xəbər verir ki, qərar meksikalı azarkeşlərin 26 yaşlı niderlandlı pilota münasibəti ilə bağlıdı. İş ondadı ki, meksikalı azarkeşlərin əksəri Maksın komanda yoldaşı, həmvətənləri Serxio Peresi dəstəkləyir. Hətta Meksikadan olan fanatlar ABŞ “Qran-pri”sindən sonra Ferstappen fəxri kürsüyə qalxarkən onu fitə basıblar. “F1-Insider” Markonun bu fikirlərinə yer verib:
“Əslində Maks bunu istəmir, narahat deyil. Ancaq biz ona görə məsuliyyət daşıyırıq, təhlükəsiz şəraitdə olmasını istəyirik”.
Xatırladaq ki, Ferstappen oktyabrın əvvəlində keçirilən Qətər “Qran-pri”sində ardıcıl 3-cü dəfə dünya çempionluğunu təmin edib.




