Braziliyada keçirilən boks yarışlarından birindən sonra faciə baş verib.
“Football-plus.az” xəbər verir ki, “Obozrevatel.com”un yaydığı məlumata görə, həvəskar-boksçu Joao Viktor Penya nokauta düşdüyü görüşdən üç gün sonra ölüb. Jijoka-de-Jerikoakoarada keçirilən döyüş artıq 90-cı saniyədə, Penya kontrhuk zərbəsi alan kimi dayandırılıb. Dərhal tibbi yardım alan boksçu ardından sərbəst şəkildə evə yollanıb. Ertəsi vəziyyəti pisləşən Penya xəstəxanaya çatdırılıb. 23 yaşlı boksçu iki gün sonra gözünü əbədi yumub.