• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbrim və əsəblərim buna dözmədi”

Aktual / Müsahibə

25-10-2023, 11:0

Uzun illərdi ölkəmizdə həndbol yaxşı durumda deyil. Halbuki vaxtilə ən populyar və sevilən idman növlərindən idi. Qadınlardan ibarət yığmanın AÇ-2024-ün seçmə mərhələsində Şimali Makedoniya və İspaniyaya qarşı göstərdiyi oyun həndbolda fiasko yaşadığımızı bir daha göstərdi.

"Football-plus.az" olaraq, bununla bağlı millinin şərəfini qorumuş Çinarə Cahangirova ilə söhbətləşdik.

- Bildiyimə görə, Bakıda deyilsiz...
- Bəli, hazırda ölkə xaricinə çıxmışam. Səyahət etməyi sevirəm.

- Həndboldan uzaqsız. Bəs nə işlə məşğulsuz?
- Xarici şirkətdə iqtisadiyyat sahəsində çalışıram.

- Ölkə həndbolu ilə maraqlanırsız. Yəqin ki, millinin son oyunlardakı çıxışından xəbərdarsız...
- Axırıncı dəfə 17 yaşlıların oyununa getmişdim. Həm də qızımı aparmışdım ki, baxıb həvəslənsin. Niyyətim onu da həndbol yazdırmaqdı. Lakin ilk yarını izləyib arenanı tərk elədim. Çünki səbrim və əsəblərim buna dözmədi.

- Deyəsən, həndbolumuz sizi iyrəndirib...
- Azərbaycanda bu idman növünə maraq yoxdu. Maraqlar da müxtəlif ola bilər. Məsələn, maddi və mənəvi. Mən ən çox Türkiyəyə gedirəm. Orda belə bir termin var - "yetənək avcıları". Bilirsiz, bu nə deməkdi? Bəlli klubların məşqçiləri bir-bir məktəbləri, küçələri gəzir, istedadlı uşaqları seçib yoxlamağa aparır. Daha bizdəki kimi valideyn demir ki, "mənim uşağım kökdü, qoy idmana göndərim, qaçıb arıqlasın". Belədə həmin uşaq kor-koranə böyüyür və gələcək yarışlara da çıxanda uğur qazanmır. Təəssüf ki, Azərbaycanda yeni uşaqlar tapmaq istəmirlər. Yaxşı, pandemiya dövründə bunu etmədik. İndiki artıq virus yoxdu, işləmək olar. Məsələn, mənim özümü, digər qızları məşqçilər məktəbdən seçib. Şükür olsun, Bakının hər yerində idman zalları var. Sadəcə, rəhbərlik gənc uşaqların axtarışına çıxmır.

- Sizə görə millinin və ölkə həndbolunun bu hala qalmasında federasiyanın günahı varmı?
- Federasiyada işləmədiyimə görə orda nələrin baş verdiyini deyə bilmərəm. Amma fakt odu ki, uğurumuz yoxdu.Sadəcə, gənc nəslə diqqət ayırmırlar. Qızımın 11 yaşı var, federasiyaya müraciət etdim ki, həndbola yazdırım. Dedilər ki, hələ tezdi. Ancaq daha gənc yaşda qızları bu idmana götürmək lazımdı. Çünki bu yaş dövründə uşaqlar məşğul olduqları idman növünə daha çox maraq göstərirlər. Yaşları ötəndən sonra isə əvvəlki maraq qalmır.

- Yığmanın bir çox üzvü Şimali Makedoniya və İspaniya yığmalarından alınan məğlubiyyətləri normal sayır. Hətta özlərində günah görmürlər. Bəzən də medianın uğursuzluğu çox qabartdığını fikirləşirlər. Buna münasibətiniz necədi?
- Belə hallar peşəkarlıqla bağlıdı. Bir oyunçu matça çıxmamış beynində məğlub olursa, meydana çıxmayıb texniki məğlubiyyət alsa, daha yaxşı olar. Axı sizin İspaniya yığmasındakı qızlardan nə fərqiniz, əskikliyiniz var? Onların da iki əli, ayağı olur, bizim də. Şükürlər olsun, qızlarımızın yeməkləri normaldı, yəqin ki, aldıqları maaşlar da yaxşıdı. Başqa dərdləri yoxdusa, niyə belə danışsınlar? Məşqçilər də psixoloji cəhətdən oyunçuları motivasiya etməlidi ki, istənilən rəqibdən çəkinməyək. Mənə qəribə gəlir "elə belə olmalıdı" düşüncəsi. Uduzacaqsansa, daha bu idman növü ilə niyə məşğul olursan? Get başqa sahədə çalış, meydana çıxma. Bəli, idmanda uduzmaq da olar. Lakin sona kimi döyüşərək. Daha basketbol hesabındakı kimi məğlubiyyət yox... Qızlarımıza bir qədər psixoloji dəstək vermək lazımdı.

- Sizin oynadığınız dövrdəki həndbolla indiki arasında nə kimi fərqlər var?
- Ən böyük fərq, bilirsiz, nədi? Biz o vaxt uduzanda rahat şəkildə demirdik ki, belə də olmalıdı. Həftələrlə özümüzə gələ bilmirdik, məşqçilərimizin üzünə baxmağa utanırdıq. Həm də şərait baxımından indikilərdən geri qalırdıq. Hətta məşqlərə piyada gedirdik. Amma bunu ürəklə edirdik. Bir-birimizə dəstək olurduq. İndi isə hər şey əlçatandı. Mənim məsləhətim odu ki, aşağıdan gələn nəslə diqqət ayrılsın. İstedadlı uşaq çoxdu. Dövlət məktəblərində yaxşı uşaqlar var. Bunları üzə çıxarmalıyıq.

- O vaxt niyə həndbolla erkən vidalaşdız?
- Heç bir zədəm yox idi. Sadəcə, federasiya tərəfindən mənə qarşı haqsızlıqlar oldu. Buna görə də həndbolu tərk etdim.

- Təklif gəlsə, yenidən həndbola qayıdarsız?
- Necə təklif olacağına bağlıdı.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

İdman

11-10-2023, 11:0

Həndbol millimiz AÇ-nın seçmə mərhələsində mübarizəyə başlayır

Aktual / Müsahibə

17-10-2023, 15:0

“Buna görə də hazırda sizin ölkədə həndbol Avropadakı kimi deyil” – rusiyalı baş məşqçidən izahat

İdman

14-10-2023, 21:0

Həndbol millimiz İspaniyaya da böyük hesabla uduzdu

İdman

13-09-2023, 13:0

Həndbol üzrə ölkə çempionatının təqvimi

İdman / Manşet

17-10-2023, 14:0

Yenə məğlubiyyət, yenə darmadağın...

Aktual
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
“Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
“Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
Son xəbərlər
  • Bu gün, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Bu gün, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Bu gün, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Bu gün, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Bu gün, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Bu gün, 16:12
    Hamını arxada qoydu
  • Bu gün, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Bu gün, 15:05
    "İmişli"dən yeni transfer
  • Bu gün, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Bu gün, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Bu gün, 13:27
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Bu gün, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 164
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə