Məşhur tennisçi avtoidmana üz tutdu

23.10.2023 16:08 186
İdman
Almaniyalı tennisçi Aleksandr Zverev “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Alpin” komandasının investorlarından biri olduğunu elan edib:

“Böyük sevinc hissi ilə bildirirəm ki, artıq “Formula-1” komandalarından “Alpin”in səhmdar sifəti ilə bir hissəsiyəm. Çox-çox uzun müddət ərzində “Formula-1”in həvəskarı olmuşam. Komandanın xoş gələcəyinə görə sevinirəm”.

Fransa avtoyarış komandasında Şimali İrlandiyadan olan qolfçu Rori Makilroyun, britaniyalı boksçu Entoni Coşuanın, “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Xuan Matanın da payı var.

Hazırda hesabında 90 xal olan “Alpin” Mühəndislər kubokunda 6-cı pillədə qərarlaşıb. Komandanı dünya çempionatında fransalı pilotlar Pyer Qasli ilə Esteban Okon təmsil edir.