Fransa futbol yığmasının heyətində dünya və Avropa çempionu olan Zinəddin Zidam “Formula-1” komandalarından “Alpin”in səfiri olmağa razılıq verib.
Fransa futbolunun əfsanəsi artıq “Alpin”in Londonda 2023 mövsümü üçün maşınını təqdim etdiyi mərasimə də qatılıb. Bu il “Alpin”in idman şərəfini iki fransalı pilot – Esteban Okon və Pyer Qasli qoruyacaq. Qasli bir müddət əvvəl etiraf etmişdi ki, “Formula-1”də çıxış etmək üçün 10 nömrəni məhz uşaqlığının kumiri olan Zidana görə seçib. 2016-18 və 2019-21 aralığında “Real”ı çalışdıran Zidan iki ilə yaxındı işsizdi.