Gimnastlarımızdan qızıl medal

22.10.2023 21:21 170
İdman
Bolqarıstanın Varna şəhərində Akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan yığma komandasının üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) balans hərəkətlərində qızıl medal qazanıb.