Martın 12-dən 19-dək Latviyanın paytaxtı Riqa şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə batut gimnastikası üzrə “inkişaf təlim-məşq” düşərgəsi keçirilib.
"Football-plus.az" xəbər verir ki, məşqlərin ardınca eyni şəhərdə təşkil edilən beynəlxalq turnirdə Azərbaycan yığma komandasının üzvləri fərdi proqramda Selcan Mahsudova (böyüklər arasında), Samirə Hüseynova (11-12 yaş), Hüseyn Abbasov (15-16 yaş) qızıl, Mehdi Əliyev (15-16 yaş) isə gümüş medal əldə edib.