Lider xal itirsə də nikbindi: "Kaş ki, hər qarşılaşma belə maraqlı keçsin"

21.10.2023 23:59 206
Aktual / İdman
Cümə axşamı futzal üzrə yüksək liqada 3-cü turun oyunları keçirildi.

Lider "Araz-Naxçıvan"ın "Baku Fire"ni qəbul etdiyi matçda bərabərlik qeydə alındı - 2:2. Halbuki çoxu liderdən qələbə gözləyirdi. Görəsən, Muxtar Respublika təmsilçisində durum necədi? Xal itkisinin səbəbləri nədi? Bəlkə, bakılılar bu mövsüm liderə meydan oxumaq fikrindədi?

"Araz-Naxçıvan"ın baş məşqçisi Vitali Borisov "football-plus.az"ın suallarını cavabladı:

"Öz səhvlərimiz üzündən qalib gələ bilmədik. Qarşılığında rəqib çox yaxşı və intizamlı oynadı. Kaş ki, hər qarşılaşma belə maraqlı keçsin. Komandam yorğun deyil. Buna baxmayaraq, bütün gücümüzdən istifadə edə bilmədik. "Baku Fire" daha istəkli çıxış etdi. Son çempiona qarşı hər kəs 200 faiz performans göstərməyə çalışır".

KƏNAN BAHADIR