AÇ-2024: Millimiz statistik göstəricilərdə sonuncu sıralardadı

18.10.2023 10:52 174
İdman
UEFA AÇ-2024-ün seçmə mərhələsinin 8-ci turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"Football-plus.az" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığmamız indiyədək ən çox qurtarış edən komandaların siyahısında yer alıb.

Yığmanın qapıçıları 6 görüşdə 27 seyvlə bu göstəricidə 8-cidi.

Millimiz qarşılaşmalar ərzində rəqibdən top "oğurlamaq"da (207 dəfə) sonuncu pillələrdədi. Komanda 52 ölkə arasında 47-cidi. Yığma qapıya zərbələrdə (45) də eyni mövqedə qərarlaşıb.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv ötürmə dəqiqliyinə (79,7 faiz) görə yalnız 31-ci ola bilib. Təmsilçimiz vurulan qol sayında da bir çoxlarından geridədi. 6 görüşdə rəqib qapılarına 4 dəfə yol tapan milli 44-cü sıradadı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul