AÇ-2024-ün seçmə mərhələsinin 2-ci turunun növbəti oyunlarından sonra statistik göstəricilər bəlli olub.
"Football-plus.az" xəbər verir ki, hər iki matçda məğlub olan Azərbaycan millisi hələlik təsnifatda ən çox qol buraxan ikinci komandadı.
Canni De Byazinin baş məşqçisi olduğu yığma iki görüşdə qapısında 9 qol görüb. Milli bu göstəricidə yalnız Lixtenşteyndən (11 qol) geri qalır.
Cəbəllütariq və Lüksemburq 6, Belarus 5 (bir oyuna), San Marino, Malta və Bolqarıstan seçmələri isə 4 qol buraxıblar.
Azərbaycan komandası ən çox qola mane olan kollektivlərin sırasında da yer alıb. Yığma 10 seyvlə Finlandiya ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Yusif İmanov Avstriya ilə qarşılaşmada 8, Emil Balayev İsveçlə matçda iki dəfə qurtarış edib. İmanov ümumi qapıçıların siyahısında 6-cı pillədə qərarlaşıb.
Milli üzvü Höccət Haqverdi ikili mübarizələrdə 6 dəfə qalib gəlib. O, hazırda bu göstəricidə 4-6-cı yerləri bölüşdürür.