“Hər bir rəqiblə mübarizə aparmaq olar”

4.02.2023 21:36 302
Yığma
21 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Football-plus.az xəbər verir ki, Samir Əliyevin komandası F qrupunda Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə ilə mübarizə aparacaq. Turnirin final mərhələsi isə 2025-ci ildə Slovakiyada təşkil olunacaq. U-21-in keçirəcəyi oyunların təqvimi də müəyyənləşib:

12 sentyabr
Serbiya – Azərbaycan
12 oktyabr
Azərbaycan – Şimali İrlandiya
17 oktyabr
Azərbaycan – Lüksemburq
21 noyabr
Ukrayna – Azərbaycan
2024-cü il
22 mart
Azərbaycan – İngiltərə
26 mart
Azərbaycan – Ukrayna
6 sentyabr
Lüksemburq – Azərbaycan
12 sentyabr
Azərbaycan – Serbiya
10 oktyabr
Şimali İrlandiya – Azərbaycan
15 oktyabr
İngiltərə – Azərbaycan

Püşkü dəyərləndirməsi üçün U-21-in baş məşqçisi Samir Əliyevlə əlaqə saxladıq. Təcrübəli mütəxəssis bəxtlərinin gətirmədiyini söylədi:

"Daha münasib rəqiblərin yer aldığı qrupa düşmək istəyərdik. Amma alınmadı. Ən güclü qruplardan biridi. Buna baxmayaraq, təslim olmaq niyyətimiz yoxdu. Hər bir rəqiblə mübarizə aparmaq olar. Əsas məqsədimiz möhkəm kollektiv formalaşdırmaq və mübariz oyun sərgiləməklə xallar qazanmaqdı. Sona qədər döyüşəcəyik. Əsas narahatlığım U-21 limitinə uyğun gələn futbolçuların az olmasıdı. Onsuz da gənc futbolçular az idi, çempionatda limit aradan qaldırılandan sonra işimiz bir qədər də çətinləşdi. Qrupdakı rəqiblərimizin hər birinin oyunçu seçimi genişdi. Bizdə isə yoxdu. İşimizi çətinləşdirən əsas məqam məhz budu. Buna rəğmən, axtarışları davam etdiririk. Ölkə xaricində də seleksiya işlərimiz davam edir. Daha çox Azərbaycana bağlılığı olan gənclərin millimizdə çıxış etməsinin tərəfdarıyıq, nəinki “milliləşdirmənin”. Çünki həmin sistemi bizdən öncə də çox tətbiq etdilər. Nəinki faydası oldu, əksinə, heç bir fayda vermədən neçə-neçə gənc futbolçumuzun yerini tutdular. Ona görə də daha çox ölkə çempionatına fokuslanmışıq. Xaricdə çıxış edən azsaylı futbolçuları da diqqət mərkəzində saxlayırıq. Kimlər U-21 limitinə uyğun gələcəksə, hazırlıq səviyyələri üstün olacaqsa, onları dərhal qiymətləndirərək şans verəcəyik".

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul