• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlk dörd komanda arasında iki sürpriz ad var - Birinci dövrənin axarına sözardı...

Premyer-liqa / Manşet

16-10-2023, 13:0

Misli premyer-liqasında ilk dövrə başa çatdı. 9 tur ərzində bir-birindən maraqlı 44 oyun izlədik.

Bildiyiniz kimi, 2-ci turun “Sumqayıt” – “Sabah” oyunu “bayquşlar”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”la cavab matçına görə təxirə salındı. İlk dövrədə keçirilən oyunlarda ümumilikdə 100 qol vurulub. 44 matçın 34-də qələbə qeydə alınıb, 10-u heç-heçə bitib.

Narahat olmayın! Bu yazıda statistika məlumatları diqqətinizə çatdırmayacağıq. Komandaları turnir cədvəlindəki yerinə və meydandakı performansına görə dəyərləndirəcəyik. Təbii ki, 9 oyundan sonra iştirakçıları liderlər, ortabablar və autsayderlər kimi qruplaşdırmaq düzgün deyil. Qarşıda hələ 27 oyun var. Bu müddət ərzində hər şey dəyişə bilər. Bu səbəbdən premyer-liqanın turnir cədvəlinə uyğun olaraq komandalar haqda düşüncələrimizi çatdıracağıq...

Gözlənilməz lider “Zirə”
Yay “transfer pəncərəsi” dövründə kimsə “qartallar”ın 9 turdan sonra turnir cədvəlinin ilk pilləsində qərarlaşacağını söyləsəydi, inanmazdıq. 2022/23 mövsümündə kubokda uğursuzluqla üzləşən, çempionatda 5-ci pillədə qərarlaşan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv fasilədə heyətini yaxşı futbolçularla gücləndirdi. Komandanın oyununda məşqçi işi açıq-aşkar hiss olunur. Lakin zirəlilərin meydana sırf nəticə əldə etmək üçün çıxdığı da görünür. Heyət baxımından üstün olduqları rəqiblərə qarşı oyunlarda da müdafiə sistemindən yararlanmaları dediklərimizin isbatıdı.

Sonradan sürət yığan “Qarabağ”
İlk turda “Zirə”yə, 5-ci turda “Səbail”ə məğlubiyyət Ağdam təmsilçisi üçün gözlənilməz nəticə idi. “Köhlən atlar” tarixində ilk dəfə “qartallar”a uduzurdu. Əslində “Zirə”yə məğlubiyyəti başa düşmək olardı. Çünki ağdamlılar həmin ərəfədə Çempionlar Liqasının təsnifat mərhələsində “Rakuv”a uduzmuşdu. Qurban Qurbanov polşalılarla cavab görüşü üçün əsas heyətə istirahət vermişdi. Lakin “Səbail”lə qarşılaşmada komanda ciddi müqavimətlə üzləşdi. Daha hazırlıqlı olan Şahin Diniyevin “dənizçilər”i 3 xalı hesabına yaza bildi. Bundan sonra isə ağdamlılar ardıcıl 4 oyunda qələbə qazandı. Bu görüşlərin 3-də “köhlən atlar” çox da əziyyət çəkmədi. Lakin “Qəbələ” ilə səfər matçı çox çətin keçdi. Kevin Medinanın qırmızı vərəqə alaraq meydandan qovulması Qurban Qurbanovun planlarını pozdu. Həmin görüşdə şübhəli hakim qərarlarının nəticəyə təsir etdiyini söyləyə bilərik. Hazırda “Qarabağ” 19 xalla “Zirə” ilə birgə şərikli liderdi. Lakin ictimaiyyət “qartallar”ı yox, Ağdam təmsilçisini çempionluğa əsas namizəd kimi görür. “Köhlən atlar” son 4 turdakı performansı 2-ci dövrədə də sərgiləsə, rahat şəkildə “qış çempionu” adına sahib çıxacaq.

Şahin Diniyev effekti
2022/23 mövsümünün son turunda “Şamaxı”nı 1:0 hesabıyla məğlub edən “Səbail” elitada qalmağı bacardı. Şahin Diniyev həmin oyundan sonra daha güclü “dənizçilər” görəcəyimizin siqnalını vermişdi. Yayda heyəti, demək olar ki, bütövlükdə dəyişən yerli mütəxəssis ilk turlarda uğursuzluğa düçar oldu. “Sumqayıt”a 1:4 hesablı acı məğlubiyyət, “Neftçi” ilə heç-heçə (1:1), “Zirə”yə doğma meydanda uduzmaq (1:2) Şahin Diniyevin planlarını pozurdu. Toparlanmaq lazım idi. “Dənizçilər” bunu bacararaq ardıcıl 4 görüşdə qələbə qazandılar. 8-ci turda güclü “Sabah”la heç-heçə, dövrənin son matçında zəif oyun fonunda “Qəbələ” üzərindəki qələbə “Səbail”in sabit komanda olduğunun sübutudu. Ümumiyyətlə, Şahin Diniyev “Kəpəz”də əldə etdiyi uğuru “dənizçilər”lə də təkrarlamaq niyyətindədi. Bunu bacarıb-bacarmayacağını 2-ci dövrədəki oyunlarda görə biləcəyik. Komanda qış fasiləsinə kimi indiki mövqeyində qala bilsə, işin 30-40 faizini həll etmiş olacaq.

Sürpriz komanda – “Araz-Naxçıvan”
Muxtar Respublika təmsilçisi bu mövsüm ən xoş sözlərə layiqdi. Ölkə xaricində təlim-məşq toplanışı keçməyən, heyətini çempionatın başlamasına 14 gün qalmış formalaşdıran Azər Bağırovun komandası premyer-liqada şou göstərir. Əslində naxçıvanlıların transfer etdiyi əcnəbi futbolçular olduqca səviyyəlidi. Azər Bağırov onlardan və yaxından tanıdığı yerlilərdən ibarət yaxşı komanda formalaşdıraraq rəqiblərinə başağrısı olub. Futbol ictimaiyyətində çoxu “qırmızı-ağlar”ı autsayder kimi düşünürdü. Lakin klub rəhbərliyi ilk turlardan kollektivin avrokuboklar uğrunda mübarizə aparacağını söyləyirdi. 9 tur ərzində hesabına 14 xal yazdıran naxçıvanlılar, deyəsən, bu hədəfə çatmağa çalışacaq.

Düzəlməyən “Neftçi”
Mövsümün əvvəlində “ağ-qaralar”da köklü dəyişikliklər oldu. Klubun rəhbərliyi, baş məşqçisi, oyunçular dəyişdi. Amma 9 tur ərzində nəticələr ürəkaçan olmadı. “Ağ-qaralar” hesabına cəmi 12 xal yaza bilib. Hər nəticədən üçünü əldə edən flaqman qapısından 7 top vurub, rəqibləri 7 dəfə cəzalandırıb. Bu, son illərdə “Neftçi”nin əldə etdiyi ən bıabırçı nəticədi. Adrian Mutunun rəhbərlik etdiyi komanda öz oyun tərzini tapa bilməyib. Rumıniyalı 2-ci dövrədə bunu həll edə bilməsə, çox güman, qışda vəzifəsindən göndəriləcək.

Premyer-liqada qalmağa çalışan “Turan Tovuz”
“Boz qurd”un azarkeşləri mövsümün əvvəlində ümidliydi. Fanatlar komandanın avrokuboklar uğrunda mübarizə aparacağını düşünürdü. Lakin 4-cü turda “Səbail”ə məğlubiyyətdən sonra klubun rəhbəri Etimad Quliyev kollektivin premyer-liqada qalmaq uğrunda mübarizə aparacağını söylədi. Ayxan Abbasovun rəhbərlik etdiyi “Turan Tovuz” oyun baxımından da bu hədəfə layiq olduğunu göstərir. Komanda güc baxımından “Səbail”dən, “Araz-Naxçıvan”dan, “Neftçi”dən açıq-aşkar geri qalır. Tovuzlular qışa kimi hesabındakı xalı 20-ə çatdırsa, bu mövsüm də premyer-liqada qalacaqlarını əminliklə söyləyə bilərik.

Qeyri-müəyyən “Sumqayıt”
“Kimyaçılar”ın çempionata 2 ardıcıl qələbə ilə başlaması böyük sürpriz idi. Çünki həm “Səbail”, həm də “Qəbələ” heyətinə görə Samir Abasovun komandasından güclüdü. Lakin təcrübəli mütəxəssisin kollektivinin potensialı bundan artığına imkan vermədi. Dövrənin sonlarına doğru hiss olundu ki, “Sumqayıt” premyer-liqada qalmaq uğrunda mübarizə aparır. Son turda “Kəpəz” üzərində qazanılan qələbə “kimyaçılar”ı bu mübarizədə bir qədər rahatlaşdırdı. Komanda ikinci dövrədə ehtiyyatlı olmalıdı. Ya da Samir Abasov futbolçulara rəqiblərin hansı məqsədlər uğrunda mübarizə apardığını izah etməlidi. Əks təqdirdə qış fasiləsinə kimi “kimyaçılar” premyer-liqanın turnir cədvəlinin zirzəmisinə yuvarlana bilər.

Qaranlığa qərq olan “bayquşlar”
2022/23 mövsümündəki performansına görə çoxları bu il “Sabah”ı çempionluğa əsas namizəd kimi görürdü. “Tələbələr” çempionata “Qəbələ” darmadağını ilə başlayaraq hədəfinin siqnallarını verdi. Lakin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”a məğlubiyyətdən sonra “Sabah”ın işləri qaydasında getmədi. Komanda son 7 tur ərzində 1 qələbə belə qazanmayıb. Murad Musayev futbolçularını psixoloji böhrandan çıxara bilmir. “Sabah” 2-ci dövrədə toparlanmasa, bu mövsüm avrokuboklara vəsiqə qazanması çox çətin olacaq. Hətta növbəti turlardakı mümkün qələbəsizlik Musayevin istefasını da şərtləndirə bilər.

Qara zolağa düşən “Qəbələ”
Əslində “qırmızı-qaralar”ın yetərincə yaxşı heyəti var. Elmar Baxşıyevin komandası bu futbolçularla üst pillələr uğrunda mübarizə apara bilər. “Qəbələ” uğursuzluq zolağında olan başqa kollektivlərlə müqayisədə daha yaxşı oyun sərgiləyir. Bölgə təmsilçisinin 2-ci dövrədə toparlanması gözlənilir. Əslində 2022/23 mövsümündə kuboku qazanan heyət qalsaydı, bəlkə də “qırmızı-qaralar” indi ilk “üçlük”də yer alardı. Yeni futbolçuların uyğunlaşma dönəmini ləng keçməsini komandanın bu durumda olmasının əsas səbəbidi.

Autsayder “Kəpəz”...
Gəncəlilər haqda 100 səhifəlik kitab da yazsaq, bəs etməz. “Kəpəz” çempionatda normal büdcəsi və stadionu olmayan yeganə komandadı. Futbol ictimaiyyəti gəncəli məşqçinin komandanı çalışdırmasını dörd gözlə gözləyirdi. Lakin Azər Məmmədov ümidləri doğrultmadı. “Sarı-göylər”in heyətində yaxşı futbolçular var. Lakin gəncəlilər ötən il “Şamaxı”nın etdiyi səhvi təkrarladı. Premyer-liqanın digər komandalarına lazım olmayan futbolçular transfer edildi. Fövqəladə sıçrayış baş verməzsə, “Kəpəz” 2-ci dövrəni də sonuncu pillədə bitirəcək. Komandanın oyun tərzinə, məşqçi işinə görə bunu açıq-aşkar söyləmək olar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

17-05-2023, 21:0

“Sabah”dan inamlı qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

7-10-2022, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

11-10-2022, 21:0

Hüseyn Məhəmmədov: “Hələ bilmirik, mövsümün sonunda nə qərar veriləcək”

Premyer-liqa

4-10-2023, 13:0

“Qarabağ” artıq zirvəyə şərikdi – TURUN ŞƏRHİ

Premyer-liqa

12-08-2023, 15:0

“Sabah”ın matçı təxirə salındı

Premyer-liqa

10-10-2023, 16:0

Dövrənin iki lideri var – TURUN ŞƏRHİ

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Bu gün, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Bu gün, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Bu gün, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Bu gün, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 390
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 195
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 187
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə