Klubumuzun Qəbələdə keçirdiyi oyunlara görə yerli otelə borcu var. Bu da ötən ilin büdcəsində nəzərdə tutulmayan vəziyyətlə bağlıdı. Klubumuz öhdəliyindən boyun qaçırmir, yaxın vaxtlarda ödəniş olacaq. Mətbuatda məhz borc üzündən ev oyunlarını Qəbələdə keçirməməyimiz haqda yayılan xəbərlər isə kökündən yanlışdı" - bu sözləri "Football-plus.az"a "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustayafayev deyib.Azad bəy baş məşqçi Azər Məmmədovun ev matçlarını "Qəbələ"də keçirmək istəyinə də toxundu:
"Oyunların Tovuzda keçirilməsi Azər müəllimin və rəhbərliyin ortaq qərarıdı. Heç bir tərəfin bu mözvuda narazılığı yoxdu. Tovuzu seçməyimizin səbəbi isə Gəncəyə ən yaxın şəhər olmasıdı".
KƏNAN BAHADIR