İngiltərə premyer-liqasında sentyabrın ən yaxşıları müəyyənləşib. Hər iki nominasiya üzrə qalib “Tottenhem”lilər olub.
“Football-plus.az” xəbər verir ki, paytaxt komandasının hücumçusu Son Hın Min sentyabrın ən yaxşı futbolçusu seçilib. Koreyalı oyunçu ötən ay çempionatda meydana çıxdığı 4 matçda 6 qol vurmuşdu. 31 yaşlı Son karyerasında 4-cü dəfə belə mükafata layiq bilinib. “Tottenhem”i çalışdıran Angelos Postekoğlu isə sentyabrın ən yaxşı məşqçisi seçilib.