Bu gün qadın həndbol yığmaları arasında Avropa çempionatının təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, millimiz ikinci görüşdə İspaniyanı qəbul eədəcək. Bakı İdman Sarayında keçiriləcək oyun saat 17.00-da start götürəcək.
Aleksandr Revvanın rəhbərlik etdiyi kollektiv ilk oyunda səfərdə Şimali Makedoniyaya biabırçı hesabla uduzub – 17:40 (10:23). İspaniya isə Bakıya qələbə ilə gəlib. Bu komanda Litvanı darmadağın edib – 47:14 (27:5). Bu gün qrupun digər oyununda Litva və Şimali Makedoniya yığmaları üz-üzə gələcək.